Telefonların təhlükəsizliyini pozan YENİ VİRUS  – Vəsait oğurlayır
27 dekabr 2023 13:08 (UTC +04:00)

Telefonların təhlükəsizliyini pozan YENİ VİRUS – Vəsait oğurlayır

Android smartfonlarının təhlükəsiz sistemini zədələyən “Chameleon” adlı yeni zərərli proqram növü peyda olub. 

Lent.az xəbər verir ki, bu virus internetdə PİN kodları və digər parolları oğurlamaq üçün "Android" smartfonlarının barmaq izinin skan edilməsi və ya sifətin tanınması kimi biometrik kiliddən çıxarılması prosesini söndürməyə qadirdir. 

“Chameleon”, “Google Chrome” brauzeri üçün quraşdırma faylı ilə birlikdə paylanır. 

Təcavüzkarlar özlərini “Chrome”un qanuni versiyası kimi maskalamaq üçün internetin qaranlıq künclərində məşhur olan “Zombinder” xidmətindən istifadə edirlər. “Zombinder” zərərli fraqmentləri adi proqramların koduna yeridir və onları aşkar etməyi çətinləşdirir.

Smartfona müdaxilə edildikdən sonra “Chameleon” biometrik kilidin açılmasının nasazlığına səbəb olur və istifadəçini PİN kodu istifadə edərək cihazın kilidini açmağa məcbur edir. Zərərli proqram bu kodu qeyd edir və sahibinin xəbəri olmadan arxa planda cihazın kilidini açmaq üçün ondan istifadə edir.

Xameleon uzun müddət aşkarlanmadan qala bilər, sonra isə qəfil bloku çıxarıb bank tətbiqi vasitəsilə avtomatik əməliyyatlar aparır. Bundan əlavə, “Chameleon” digər xidmətlərdən və məxfi məlumatlardan parolları oğurlamaq üçün istifadə olunur.

Bu yeni zərərli proqram növündən qorunmaq üçün “Google Play”də “Play Protect”i aktivləşdirməyi və Android proqramları üçün quraşdırma fayllarını endirməməyi tövsiyə edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5367
avatar

Sevinc Fərid

Oxşar yazılar