Tək şarjla 800 km: Elektrikli 9 nəfərlik təyyarə istifadəyə hazırdır
15 oktyabr 2024 03:22 (UTC +04:00)

Tək şarjla 800 km: Elektrikli 9 nəfərlik təyyarə istifadəyə hazırdır

Aviasiya sənayesində maraqlı hadisələr baş verir. Sıfır emissiyalı, tamamilə elektriklə işləyən təyyarələr artıq xəyal olmaqdan çıxır.

Lent.az xəbər verir ki, “Alice” adlı təyyarə 9 sərnişin tutumu və 500 mil (təxminən 805 km) mənzili ilə artıq bir neçə test uçuşu həyata keçirib.

İstehsalçı şirkət artıq “Alice” üçün sifarişlər qəbul etməyə başlayıb və onilliyin sonuna qədər təyyarələrin təhvil veriləcəyi nəzərdə tutulur.

Cənubi Floridada yerləşən “UrbanLink Air Mobility” şirkəti artıq “Alice”nin 19 yerlik variantı üçün sifariş verib və gələcəkdə daha 10 təyyarə almaq istəyini bildirib.

“Alice” 17 metrlik gövdəsində 3,6 tonluq güclü batareya paketi ilə 440 dəniz milinə (təxminən 815 km) qədər uça bilir.

Saatda 287 mil (təxminən 462 km) sürəti ilə diqqət çəkən “Alice” 500 mildən az səfərlər üçün ideal seçim təklif edir.

Şirkət “Alice” ilə sərnişinlərə daxili yanma mühərriklərinin səs-küyündən uzaq, əhəmiyyətli dərəcədə daha sakit uçuş təcrübəsi təqdim edəcək.

Alice ilk sınaq uçuşunu 2022-ci ilin sentyabrında Vaşinqton ştatındakı “Grant County” Beynəlxalq Hava Limanından edib.

8 dəqiqəlik uçuş zamanı 3500 fut hündürlüyə çatan “Alice”, 2015-ci ildə inkişaf prosesi başlayandan sonra mühüm bir mərhələni geridə qoyub.

Şirkətin rəhbəri “Alice”nin sertifikatının 2028-ci ildə tamamlanacağını gözlədiklərini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5310
avatar

Oxşar yazılar