Saytlara girişdə yaranmış problemlə bağlı RƏSMİ AÇIQLAMA
18 noyabr 2025 18:00 (UTC +04:00)

Saytlara girişdə yaranmış problemlə bağlı RƏSMİ AÇIQLAMA

0

“Cloudflare” antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətində yaranmış dayanmanın AzStateNet şəbəkəsinə və GOV.AZ zonası domenlərinə hər hansı təsiri qeydə alınmayıb.

Bu barədə Lent.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Qeyd edilib ki, təhlükəsizliyi XRİTDX tərəfindən təmin olunan dövlət informasiya ehtiyatları və AzstateNet şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək 24/7 monitorinq olunur.

“Cloudflare” kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar