Robota idman etməyi öyrətdilər - VİDEO
26 avqust 2024 22:26 (UTC +04:00)

Robota idman etməyi öyrətdilər - VİDEO

“Boston Dynamics” şirkətinin robotu Atlasın proqram təminatında yenilənmə olub.

Lent.az xəbər verir ki, yenilənmədən sonra robot artıq bəzi idman hərəkətlərini edə biloir.

ABŞ-da yerləşən “Boston Dynamics” şirkəti robotların və insan simulyasiyası üçün proqram təminatının dizaynı və konstruksiyasında Atlas adlı robotu ilə sıçrayış edib.

Salto aşan və 360 dərəcə dönən Atlas heç vaxt tarazlığını itirmir və hərəkətləri mükəmməl yerinə yetirir.

Son yenilənmədən sonra Atlas artıq el arasında “jim” kimi bildiyimiz təkanla qaldırma qabiliyyətinə malik olub.

Şirkət özünün ən qabaqcıl robotu olan Atlası daim təkmilləşdirir və onu insan imkanlarına yaxınlaşdırır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315
avatar

Oxşar yazılar