Kosmik zibill riski – Yerə qayıdan zibillərin sayı artır
16 iyul 2024 05:35 (UTC +04:00)

Kosmik zibill riski – Yerə qayıdan zibillərin sayı artır

Alimlər deyirlər ki, nəzarətdən çıxan raketlərin və kosmik gəmilərin qalıqları növbəti onillik ərzində yenidən Yerə düşə bilər.

Lent.az xəbər verir ki, yerə düşəcək olan zibillərin birinin ləğvi ehtimalı sadəcə 10 faiz təşkil edir. 

Dağıntıların əksəriyyəti kiçik olsa da, saniyədə təxminən 7 kilometr sürətlə hərəkət edir, bu da onu sürətlə gedən güllədən daha sürətli edir.

Fizikada ən fundamental qaydalardan biri yuxarı çıxan hər şeyin aşağı düşdüyüdür. Hazırda Yer ətrafında fırlanan on minlərlə obyekt üçün bu sadə qayda getdikcə daha təhlükəli problemə çevrilir.

Böyük Britaniya Kosmik Agentliyi təkcə may ayında Yerə düşən 56 zibil sənədləşdirib. Bu rəqəm aprel ayı ilə müqayisədə 155 faiz artım deməkdir.

Alimlər deyirlər ki, yaxın onillikdə kosmik zibilin kimisə öldürmə ehtimalı 10 faizdir.

Kosmik tullantıların bir hissəsi nəzarətsiz şəkildə Yer orbitinə qayıdır. Çoxları atmosferdə yansa da, son vaxtlar raketlərin böyük parçaları Çin və Hindistanın müxtəlif bölgələrinə düşüb.

2002-ci ildə Çinin Şensi şəhərində altı yaşlı uşaq kosmik tullantılarının birbaşa təsirindən yaralanan ilk insan olub.

2030-cu ilə kimi kosmosda 60 min zibil olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3681
avatar

Oxşar yazılar