Kainatın ən qədim qalaktikası aşkar edildi - VİDEO
19 avqust 2023 12:06 (UTC +04:00)

Kainatın ən qədim qalaktikası aşkar edildi - VİDEO

Alimlər kainatın ən qədim qalaktikasının necə göründüyünü aşkar ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, "Ceyms Uebb" teleskopu kainatın ən qədim qalaktikası olan Meysini qeydə alıb.

Bu qalaktikanın ortaya çıxması böyük partlayışdan 390 milyon il sonra baş verib və bu, spektroskopik analizlə təsdiqlənib. Sözü gedən qalaktika Ostindəki Texas Universiteti astronomu Stiven Finkelşteyn tərəfindən kəşf edilib və onun qızının adını daşıyır.

Onun fikrincə, Meysi qalaktikası ona görə maraqlıdır ki, o, "Ceyms Uebb" teleskopu tərəfindən müəyyən edilən ilk uzaq qalaktikalardan biridir. Astronom qeyd edib ki, belə böyük qalaktikanın yaradılmasının necə baş verdiyini izah etmək son dərəcə çətindir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4659
avatar

Arzu Qurbanlı

Oxşar yazılar