Ən yaxşı performans göstəricilərinə malik və iş üçün çox uyğun olan beş noutbukdan ibarət siyahı tərtib edilib.
Lent.az xəbər verir ki, siyahı “Asus VivoBook Pro 15 OLED” ilə açılır. Bu noutbukun qiyməti təxminən 1135 dollardır. O, 2,5K təsvir ölçülü 15,6 düymlük 120 Hz parlaq OLED ekrana malikdir. Bu modelin performansı 16 GB RAM və daxili 512 GB SSD yaddaşa malik Intel Core i5-13500H prosessoru ilə idarə olunur ki, bu da əksər tapşırıqlar üçün kifayətdir.
Bundan əlavə, noutbukda diskret Nvidia GeForce RTX 3050 qrafik kartı var ki, bu da əksər oyunları orta qrafik parametrlərində idarə etməyə imkan verir.
Onun ardınca qiyməti 1180 dollar olan “Xiaomi RedmiBook Pro 14” (2024) gəlir. Onun qalınlığı 15,9 mm, çəkisi 1,46 kq, 2,5 min nöqtə ayırdetmə qabiliyyətinə malik 14 düymlük IPS ekran, 32 GB operativ yaddaşa malik Intel Core Ultra 7 155H prosessoru və 1TB yaddaşdan ibarətdir.
Bu noutbuk bir dəfə doldurulmaqla 30 saata qədər işləyə bilər. Digər xüsusiyyətlərə Dolby Atmos ilə stereo dinamiklər və HyperOS ilə işləyən şirkətin smartfon və planşetləri ilə inteqrasiya daxildir.
Üçüncü yerdə 1196 dollar dəyərində olan özünün Apple M3 çipi ilə “MacBook Air” gəlir. O, 2,5K təsvir ölçülü 13,6 düymlük Liquid Retina displeyinə, standart olaraq 8/256 GB yaddaşa, stereo dinamiklərə, Wi-Fi 6E dəstəyinə və iki xarici monitoru eyni vaxtda birləşdirməyə dəstək verən Thunderbolt konnektorlarına malikdir.
İlk beşliyə, həmçinin müvafiq olaraq 1342 və 1385 dollar dəyərində olan “Lenovo IdeaPad Pro 5 Gen 9” və “HP Omen 16” daxildir.