Texnologiya markası Honor, qatlandıqda 8,8 mm-lik dünyanın ən nazik qatlana bilən telefonu olduğunu iddia etdiyi “Snapdragon 8 Elite” prosessoru ilə təchiz edilmiş yeni flaqmanı “Magic V5” i təqdim edib.
Lent.az xəbər verir ki, bu iddia yalnız telefonun müəyyən bir rəng seçimi üçün keçərlidir və ən mühümü isə odur ki, bu hesablama zamanı kifayət qədər böyük kamera çıxıntısı nəzərə alınmır.
Honor “Magic V5” qatlanan zaman 8,8 mm qalınlığa malikdir və bu, rəqibi “Oppo Find N5”i cəmi 0,1 mm qabaqlayır.
Bununla belə, telefonun kamera çıxıntısı rəqibindən demək olar ki, iki dəfə qalındır ki, bu da telefonun ümumi olaraq daha qalın olduğunu hiss etdirir və onun "ən incə" iddiasını alt-üst edir.
Cihaz “Qualcomm”un güclü “Snapdragon 8 Elite” prosessoru, 16 GB-a qədər operativ yaddaş və 5820 mAh-lik böyük batareya ilə təchiz edilmişdir.
Bundan əlavə, hər iki ekran 120 Hz LTPO OLED panellərlə təchiz olunub və telefon toz və suya qarşı IP58/IP59 yüksək müqavimət dərəcəsinə malikdir.
Hazırda yalnız Çində satışa çıxarılan modelin tezliklə dünya bazarına çıxması gözlənilir.