BYD şirkəti yeni sportkarı U9-u satışa çıxardı - FOTO
12 avqust 2024 03:51 (UTC +04:00)

BYD şirkəti yeni sportkarı U9-u satışa çıxardı - FOTO

Ötən il Çinin BYD şirkəti tərəfindən satışa çıxarılan lüks brend “Yangwang” özünün ikinci modeli - 1,68 milyon yuan (təxminən 400 min AZN) qiyməti olan dördmühərrikli elektrik superkar U9 üçün sifarişlər qəbul etməyə başlayıb.

Lent.az xəbər verir ki, adı “yuxarı bax” kimi tərcümə olunan “Yangwang” brendi BYD-nin texnoloji nailiyyətlərinin bir növ nümayişidir və onun ən bahalı və statuslu modellərinin istehsalına cavabdehdir.

“Yangwang” markasının ilk brendi yerində tank kimi fırlana bilən SUV U8  idi. O, keçən ilin noyabr syında Çin bazarına daxil olmuşdu.

Sırf elektriklə işləyən superkar “Yangwang” U9 isə ilk dəfə ötən ilin aprelində ictimaiyyətə təqdim edilmişdi.

Avromobilin bütün texniki göstəriciləri və qiyməti elan edilib və artıq sifarişlər qəbul edilməyə başlanıb.

Sıfırdan 100 km/saata qədər sürətlənmə vaxtı 2,36 saniyə olan avtomobilin maksimal sürəti 309 km/saatdır.

Superkarın ümumi uzunluğu - 4966 mm, eni - 2029 mm, hündürlüyü - 1295 mm, boş çəkisi isə 2475 kq-dır.

Avtomobil dörd elektrik mühərriki (hər təkər üçün bir) ilə təchiz olunub ki, onların maksimum birləşmiş gücü 1306 at gücünə bərabərdir. 800 voltluq akkumulyatorun tutumu 80 kVt/saatdır. Onun tam doldurulması orta sürüşlə 450 km yürüş üçün kifayətdir.

Yarış yolunda sürərkən batareya, əlbəttə ki, daha tez tükənəcək. Lakin onu 500 kVt gücündə bir anda iki kabellə doldurmaq olar.

Şarjı 30-dan 80% -ə qədər doldurmaq cəmi 10 dəqiqə vaxt tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507
avatar

Oxşar yazılar