Bu ölkələrdə deputatlara, məmurlara "Tiktok" qadağan edildi
01 mart 2023 18:17 (UTC +04:00)

Bu ölkələrdə deputatlara, məmurlara "Tiktok" qadağan edildi

Danimarka parlamentinin bütün üzvlərinə “TikTok”dan istifadə qadağan edilib. 

Lent.az-ın məlumatına görə, bunun səbəbi deputatların kibertəhlükəsizliyini təmin etməkdir. 

Onlara bildirilib ki, “TikTok” özündə casus proqramı gəzdirir və bu proqram tez adaptasiya oluna bilir. 

Eyni zamanda Kanadada da hökumət və dövlət üzvlərinə “TikTok”dan istifadə qadağan olunub. Qərar bu gündən tətbiq edilir. 
 

# 2097
avatar

Sevinc Fərid

Oxşar yazılar