“Apple”dən bir ilk – “AirPods”lar eşitmə cihazına çevriləcək
16 sentyabr 2024 03:29 (UTC +04:00)

“Apple”dən bir ilk – “AirPods”lar eşitmə cihazına çevriləcək

Appleın AirPods Pro 2 modelləri ayın sonunda çıxacaq yenilənmə ilə eşitmə cihazı kimi istifadə edilə biləcək.

Lent.az xəbər verir ki, “Apple” şirkəti, yeni eşitmə cihazı xüsusiyyəti üçün ABŞ-dakı Qida və Dərman İdarəsindən (FDA) lazımi icazə alıb.

Apple, keçən bazar ertəsi yeni iPhone 16 modellərini təqdim edərək artıq bazarda olan qulaqlıqları üçün dəbli bir xüsusiyyətin də olduğunu açıqlayıb.

Şirkətin ilk dəfə 2022-ci ildə təqdim etdiyi AirPods Pro 2 üçün nəzərdə tutulan proqram yeniləməsi istifadəçilərə onlardan klinik səviyyəli eşitmə cihazları kimi istifadə etməyə imkan verəcək.

Qeyd edək ki, “Apple” proqram təminatındakı yenilənmənin bu ayın sonunda təqdim edilməsini planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384
avatar

Oxşar yazılar