Alman lüks avtomobil istehsalçısı  “Isdera” iflas etdiyini elan etdi
15 aprel 2025 00:41 (UTC +04:00)

Alman lüks avtomobil istehsalçısı “Isdera” iflas etdiyini elan etdi

Almaniyanın dəbdəbəli avtomobil istehsalçısı “Isdera” iflas olduğunu elan edib.

Lent.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Sifariş əsasında az miqdarda bahalı avtomobillər istehsal edən şirkət 40 ildən çoxdur fəaliyyət göstərirdi.

Şirkət 1982-ci ildə Leonberqdə avtomobil dizayn mühəndisi Eberhard Şulz tərəfindən təsis edilmişdi. Onun ofisi hazırda Sent-İnqbertdə (Saarland) yerləşir.

“Isdera” avtomobilləri hərraclarda 1 milyon avrodan çox qiymətə satılıb. Məsələn, Commendatore 112i modeli 2021-ci ildə 1,2 milyon avroya satılıb.

2016-cı ildə Şulz “Isdera”nı Çin tərəfdaşları ilə elektrik avtomobili hazırlayan “Sinfonia Automotive AG” şirkətinə satsa da bu satışda müvəffəq ola bilmədi.

“Bild”in məlumatına görə iflas ərizəsi aprelin 11-də Saarbrüken rayon məhkəməsinə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1318

Oxşar yazılar