Rusiyanın Kemerovo vilayətində 10 ildən artıq yerli sakinləri oğurlayaraq əsarətdə saxlayan cinayətkar qruplaşmanın üzvlərinin daha bir əməli üzə çıxıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, qruplaşma üzvlərinin cinayətləri Novokuznetsk şəhərində qeydə alınıb.
Araşdırma zamanı məlum olub ki, qışın əvvəlində 25 yaşlı azərbaycanlı dəmiryol vağzalının yaxınlığında küçədə tanış olduğu qadını qaçırıb.
Qadını döyməklə hədələyərək onu maşına mindirib və digər zərərçəkənlərin saxlaıldığı qaraja aparıb. Zərərçəkənin təxminən 50 yaşında olduğu məlum olub.