Tamaşaçılar üçün ekranda öpüşmək təsir edici məqama çevrilsə də, aktyorların özləri üçün bu, həmişə belə olmur. Hər öpüş xoş xatirə olaraq qalmır!
Lent.az bəzi Hollivud ulduzlarının ekran öpüşləri ilə bağlı yaşadıqları çətinlikləri təqdim edir.
Kristen Stüart – "Alatoranlıq: Tutulma"
Kristen, Bella və Yakob (Taylor Lautner) arasındakı öpüş səhnəsinin təbii olmadığını və bu səhnəni çəkmək istəmədiyini bildirib.
Kirsten Dunst – "Vampirlə Müsahibə"
11 yaşında olan Kirsten, Bred Pitt ilə ilk ekran öpüşünün travmatik olduğunu və bu hadisədən sonra 16 yaşına qədər heç kəsi öpmədiyini deyib.
Cennifer Laurens – "Sərnişinlər"
Cennifer, evli olan Kris Pratt ilə öpüş səhnəsi üçün çox narahat olduğunu və bu narahatlığı azaltmaq üçün spirtli içki içdiyini, lakin bunun vəziyyəti daha da pisləşdirdiyini etiraf edib.
Megan Fox və Amanda Seyfrid – "Cenniferin Bədəni"
Hər iki aktrisa filmindəki öpüş səhnəsindən qorxduqlarını bildiriblər. Megan, Amanda'nın bu səhnədən məmnun olmadığını qeyd edib.
Orlando Blum və Zoe Saldana – "Liman"
Zoe, öpüş səhnəsini "iyrənc" adlandırıb. Orlando isə bu səhnənin narahatlıq yaratdığını və insanların gözəl aktyorlarla öpüşmənin həmişə xoş olduğunu düşündüklərini, lakin bunun əksinə olduğunu bildirib.