Ucarda AĞIR QƏZA:  Yaralılar var
15 aprel 2025 21:48 (UTC +04:00)

Ucarda AĞIR QƏZA: Yaralılar var

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ucar-Zərdab avtomobil yolunun rayonun Lək kəndindən keçən hissəsində baş verib.

Rayon sakini Həsrət Məhəmmədəli oğlu Həsənovun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə "Doblo" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Zərərçəkənlər daha sonra Göyçay xəstəxanasına yönləndirilib.

Qeyd edək ki, Ucar xəstəxanasında zəruri şərait olmadığı üçün ağır xəsarət alan vətəndaşlar Göyçay xəstəxanasına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar