Polisə rüşvət verən azərbaycanlı cəzalandırılmadı
15 aprel 2025 19:24 (UTC +04:00)

Polisə rüşvət verən azərbaycanlı cəzalandırılmadı

Rusiyanın Leninqrad vilayətinin Kinqisepp şəhər məhkəməsi 2025-ci ilin fevralında polis əməkdaşına rüşvət verməyə cəhd edən Azərbaycan vətəndaşının işinə baxıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, təqsirləndirilən şəxs qanunsuz əmək fəaliyyətinə görə məsuliyyətdən yayınmaq üçün 20 min rubl təklif edib.

Polis əməkdaşının imtina etməsinə baxmayaraq, o, rüşvət qismində pulu pasportun arasında stolun üstünə qoyub. Polis əməkdaşı dərhal hadisə barədə məlumat verib.

Məhkəmədə təqsirləndirilən şəxs günahını etiraf edib. Məhkəmə təqsirinin etiraf edilməsi, peşmançılıq hissi, azyaşlı uşaqların və əlil qohumunun olması kimi yüngülləşdirici halları nəzərə alaraq, 50 min rubl məbləğində cərimə kəsib. Lakin məhkəmə istintaq zamanı həbsdə qalma müddətini nəzərə alaraq, həmin şəxsi cəriməni ödəməkdən azad edib. Onun barəsində həbs qətimkan tədbiri götürülüb və şəxs məhkəmə zalından sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar