"Real"ın məşqi zamanı almaniyalı müdafiəçi Antonio Rudiqer və ingilis yarımmüdafiəçi Cud Bellinqem arasında münaqişə baş verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, səbəb futbolçulardan birinin sərt çıxışı olub.
Qeyd edilir ki, Rudiqerlə Bellinqem az qala dalaşsın və digər futbolçular onları ayırıb. Sonda onlar əl sıxıblar.
Aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində Madrid "Real"ı Londonun "Arsenal" klubunu qəbul edəcək. İlk oyun ingilis klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.