Çində “Changan”ın yenilənmiş versiyalarının satışına başlanılıb. Bunlar CS55 Plus krossoveri, Uni-V liftbeki və Lamore sedanıdır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, avtomobillərin xarici görünüşü faktiki olaraq eyni qalıb - istehsalçı salondakı kiçik dəyişikliklərlə məhdudlaşıb.
Bütün modellərdə yeni mühərrik var - 1,5 litrlik Blue Core. Uni-S adı ilə satılan yenilənmiş CS55 Plus-ın iki modifikasiyasının qiyməti müvafiq olaraq 106 900 və 113 900 yuan (təxminən 15 – 16 min dollar) - təşkil edir.