Gəncədə 25 yaşlı oğlan özünə xəsarət yetirib.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini A. Məmmədov qolunun kəsilmiş və deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal gənc oğlana tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.