Avropanın ən böyük bazarında ən populyar  avtomobillər - SİYAHI
15 aprel 2025 19:47 (UTC +04:00)

Avropanın ən böyük bazarında ən populyar avtomobillər - SİYAHI

2025-ci ildə Almaniyada ən çox satılan avtomobillərin reytinqi “Volkswagen”in üstünlüyünü təsdiqləyib, həmçinin Skoda, Seat və BMW üçün müəyyən uğurlar göstərib.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Almaniya bazarının şəksiz lideri Volkswagen Golf olaraq qalır - mart ayına olan məlumata görə, bu avtomobillərdən 22 000-i satılıb.

Volkswagen modelləri də ikinci və üçüncü yerləri tutublar - T-Roc və Tiguan krossoverləri. Dördüncü yerdə Volkswagen Passat, ilk onluğu isə Volkswagen ID.7 elektromobili tamamlayır.

Almaniya bazarında ən populyar 10 model:

1. Volkswagen Golf - 22 000 avtomobil.

2. Volkswagen T-Roc - 19 201 avtomobil.

3. Volkswagen Tiguan - 18 234 avtomobil.

4. Volkswagen Passat - 12 548 avtomobil.

5. Skoda Octavia - 11 694 avtomobil.

6. Seat Leon - 10 546 avtomobil.

7. BMW X1 - 9767 avtomobil.

8. Cupra Formentor - 9561 avtomobil.

9. Opel Corsa - 9 487 avtomobil.

10. Volkswagen ID.7 - 9 336 avtomobil.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar