Android 16 indi bir sıra smartfonlarda quraşdırmaq  üçün əlçatandır: Yenilik nədir?
15 aprel 2025 17:24 (UTC +04:00)

Android 16 indi bir sıra smartfonlarda quraşdırmaq üçün əlçatandır: Yenilik nədir?

Artıq “Android 16”nın yeni funksiyalarını sınaqdan keçirə biləcək smartfonların siyahısı dərc edilib. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, OS-nin bu versiyası hazırda beta-sınağından keçir və onun tam buraxılışının yayda baş tutacağı gözlənilir.
Əgər əvvəllər Android 16 "beta" yalnız Pixel cihazlarında quraşdırıla bilirdisə, indi dəstəklənən cihazların siyahısı belədir:

• Pixel 9;

• Pixel 9 Pro;

• Pixel 9 Pro XL;

• Pixel 9 Pro Fold;

• Pixel 8;

• Pixel 8 Pro;

• Pixel 8a;

• Pixel 7;

• Pixel 7 Pro;

• Pixel 7a;

• Pixel 6;

• Pixel 6 Pro;

• Pixel 6a;

• Xiaomi 15;

• Xiaomi 14T Pro;

• OnePlus 13;

• Oppo Find X8;

• vivo X200 Pro;

• iQOO 13.

Android 16 Beta 3-ün buraxılması ilə platforma sabit bir axın vəziyyətinə çatıb, buna görə də yeni funksiyaların əksəriyyəti artıq məlumdur. Bunlara interaktiv bildirişlər, fərdi nişanlar, yenidən işlənmiş sistem parametrləri və digər yeniliklər daxildir.

Android 16-da istifadəçilər arasında ən populyar yeniliklərdən biri “iPhone”a bənzər batareyanın vəziyyətini izləmək üçün alətdir. İndi OS sizə batareyanın "sağlamlığı" haqqında hər şeyi söyləyəcək, ona görə də gadgetı ikinci əldən alarkən onun vəziyyətini qiymətləndirmək bir az asan olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar