İdeal çay fincanının sirri təkcə çayın növündə deyil, həm də onun dəmlənmə vaxtında gizlənir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 1945-ci ildən çay qarışıqları istehsal edən Bigelow Tea Company şirkətinin ekspertləri, çayın düzgün dəmlənməsi ilə bağlı bəzi tövsiyələr veriblər.
Çay növünə görə dəmlənmə müddəti
Qara çay və oolong (ulun) – 2-4 dəqiqə
Yaşıl çay – təxminən 3 dəqiqə
Bitki çayları (təbii otlardan) – təxminən 4 dəqiqə
Paketlərin üzərində adətən təxmini dəmləmə vaxtı göstərilir, lakin mütəxəssislər fərdi zövqə uyğun müddət seçməyi tövsiyə edirlər:
Daha uzun dəmlənmə – daha güclü, kəskin çay dadı
Qısa dəmlənmə – yumşaq və incə dad
Amma çox qısa saxlanılarsa, çay “sulu” və dadsız alınır.
Nə üçün çox dəmləmək olmaz?
Uzun müddət dəmlənən və ya çox isti su ilə hazırlanan çayda tanninlər və digər polifenollar həddindən artıq ifraz olunur. Bu maddələr antioksidant xüsusiyyətlərə malikdir. Lakin çox olduqda çaya acı və sərt dad verir.
Soyuq çay hazırlamaq istəyirsinizsə...
Mütəxəssislər 1 stəkan qaynar suya 1 paket, və ya 8 stəkan suya 4-6 paket tövsiyə edirlər. Dəmlənmə müddəti: 3–5 dəqiqə və ya bir az daha uzun – bu zaman çay daha doyumlu alınır. Çünki buz çayı sonradan durulaşdırır, bu səbəbdən güclü dəmləmə daha uyğundur.
Su temperaturu da vacibdir
Bütün çay növləri üçün qaynar və ya azca daha aşağı temperaturlu su tövsiyə olunur. Bu, həm dadın, həm də aromatın qorunmasına kömək edir.