ABŞ bu Çin avtomobillərini qadağan edir - Səbəb milli təhlükəsizlikdir
08 avqust 2024 06:30 (UTC +04:00)

ABŞ bu Çin avtomobillərini qadağan edir - Səbəb milli təhlükəsizlikdir

“Reuters”-ın əldə etdiyi xəbərə görə, Bayden administrasiyası 3-cü səviyyəli avtonom (avtopilot) avtomobilləri və onlarda olan Çin proqram təminatını qadağan edən qanun layihəsi təqdim etməyi planlaşdırır.

Lent.az xəbər verir ki, bu qanun layihəsi Çin şirkətləri tərəfindən istehsal edilən avtonom avtomobillərin təkcə satışını deyil, həm də ABŞ yollarında sınaqdan keçirilməsini qadağan edəcək.

Qanun layihəsinə əsasən, avtomobil istehsalçıları və idxalçıları nəqliyyat vasitələrinin və avtopilot proqramlarının Çin kimi xarici mənbələr tərəfindən hazırlanmadığını yoxlamalı olacaqlar.

Məlumatda bildirilir ki, nazirlik bu cür avtomobillərdə olan texnologiyalarla bağlı milli təhlükəsizlik risklərindən narahatdır.

Narahatlığın əsasənda Çin şirkətlərinin ABŞ sərhədləri daxilində avtonom avtomobilləri sınaqdan keçirərkən həssas məlumatların toplanması və emal edilməsi durur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792
avatar

Oxşar yazılar