2 yerdən qatlanan  telefon buraxılacaq – Dünyada ilk
12 iyul 2024 16:41 (UTC +04:00)

2 yerdən qatlanan telefon buraxılacaq – Dünyada ilk

“Huawei” şirkəti 2 yerdən qatlana biləcək dünyanın ilk smartfonunu buraxacaq. 

Lent.az xəbər verir ki, onun haqqında yeni məlumatlar yalnız gözləntiləri təsdiqləyir. Açılan zaman cihazın təxminən 10 düymlük ekranı olacaq. Bu da onu potensial planşet əvəzedicisi edir. 

Ekran elə qatlanacaq ki, onun üçdə biri kənardan əlçatan qalsın. Ola bilsin ki, xarici displey kimi qatlandıqda istifadə olunsun.

Tanınmış insayderlər iddia edir ki, “Huawei”nin yaxın gələcəkdə bu seqmentdə rəqibləri olmayacaq. Belə bir cihazın yaradılması son dərəcə incə detallar tələb edir və “Huawei” artıq qatlanan qurğular arasında bu sahədə öz nailiyyətlərini nümayiş etdirib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4302
avatar

Sevinc Fərid

Oxşar yazılar