Dermatoloq Aigul Abdullina zəncəfilin zərərlərini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dermatoloqun fikrincə, zəncəfil bəzi insanlar üçün təhlükəlidir.
Onun sözlərinə görə, zəncəfili həddindən artıq miqdarda və çiy halda istehlak etmək allergiyaya səbəb ola bilər:
“Xüsusilə hamilə qadınlar və üç yaşdan kiçik uşaqlar zəncəfili istehlak etməməlidir. Çünki zəncəfili istehlak edən insanlarda qusma, ürək yanması, şiddətli qarın ağrısı və ishal ola bilər”.