Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən restoranlardan birində karantin qaydalarına zidd olaraq yas məclisi təşkil edilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin əməkdaşları həmin restoranda profilaktik tədbir keçirən zaman yas mərasimini sifariş edən A.Mehralıyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat cərimə olunub.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq mərasimi təşkil edən restoranı icarə əsasında işlədən M.Muradov barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə icarədar 8 sutka inzibati qaydada həbs edilib.