Yeni Ombudsman parlamentin yaz sessiyasında seçilməyəcək
04 yanvar 2018 16:03 (UTC +04:00)

Yeni Ombudsman parlamentin yaz sessiyasında seçilməyəcək

 

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi Milli Məclisin yaz sessiyasında da müzakirəyə çıxarılmayacaq.

 

APA-nın məlumatına görə, Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin Milli Məclisin 2018-ci il yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulmur.

 

Qeyd edək ki, yeni Ombudsmanın seçilməsi ilə bağlı qərar layihəsinin 2017-ci ilin payız sessiyasında da müzakirəyə çıxarılması gözlənilirdi. Lakin layihə müzakirəyə çıxarılmadı.

 

Hazırda insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı məsələ təxirə düşdüyündən Elmira Süleymanova fəaliyyətini davam etdirir.

 

O, iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422
avatar

APA Baycan

Oxşar yazılar