Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 10-a gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent. az-a verilən məlumata görə, avqustun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Temperatur gecə 19-23 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 23-25 dərəcə olacaq.
Azərbaycanın rayonlarına gəlincə, avqustun 10-da gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 29-34 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.