Yağış yağacaq
31 avqust 2013 12:44 (UTC +04:00)

Yağış yağacaq

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 1-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən  məlumata görə, sentyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz  keçəcəyi gözlənilir.

 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Temperatur gecə 19-24 dərəcə, gündüz 30-34 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-28 dərəcə isti təşkil edəcək. 

 

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlıq ərazilərdə qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Aran rayonlarında gecə 19-24  dərəcə, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti gözlənilir.

 

Sabah axşamdan başlayaraq Azərbaycan ərazisində hava şəraitinin dəyişiləcəyi gözlənilir. Dəyişkən hava şəraiti 2 gün davam edəcək. Sentyabrın 1-2-də havanın temperaturunda güclü bir fərq müşahidə edilməyəcək, hava şəraiti bu günlərlə müqayisədə nisbətən sərin keçəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1087
avatar

Oxşar yazılar