Bakıda sulu qar yağacaq
18 fevral 2016 12:21 (UTC +04:00)

Bakıda sulu qar yağacaq

Fevralın 19-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal -qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 4-7 dərəcə isti olacaq

Sabah Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq  küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz  4-9 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta,  gündüz 3 dərəcə şaxtadan 2  dərəcəyədək isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313

Oxşar yazılar