Dünən saat 16:00 radələrində yanaraq yararsız hala düşən Tovuz rayonunun Nurəddin Sadıqov adına Alakol kənd tam orta məktəbinin şagirdləri kəndin hərbi hospitalında tədrislərinə davam edəcəklər.
Lent.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyindən bildirilib ki, ilkin versiyaya görə, yanğına elektrik qısaqapanmasının səbəb olduğu ehtimal edilir. Yanğın nəticəsində məktəbin binası yararsız vəziyyətə düşüb, şagird və müəllimlərdən xəsarət alan olmayıb. Hazırda məktəbin fəaliyyəti yaxınlıqdakı ərazidə yerləşən, əvvəllər hərbi hospital kimi istifadə olunmuş binada bərpa edilib.
Hazırda hadisənin başvermə səbəbləri aidiyyəti orqanlar tərəfindən araşdırılır.