Təhsil Nazirliyi qiyabi təhsil alan tələbələrin sayını açıqladı
12 avqust 2013 15:41 (UTC +04:00)

Təhsil Nazirliyi qiyabi təhsil alan tələbələrin sayını açıqladı

Təhsil Nazirliyi ali təhsil müəssisələrinin qiyabi şöbəsində təhsil alan tələbələrin sayını açıqlayıb.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, respublikanın ali təhsil müəssisələrinin qiyabi şöbəsində 2011-2012-ci tədris ilində bakalavr səviyyəsində 18941, magistr səviyyəsində 3164 nəfər tələbə təhsil alıb.

 

Onlardan bakalavr səviyyəsini 3164, magistr səviyyəsini isə 950 nəfər tələbə bitirib. 2012-2013-cü tədris ilinin nəticələri isə yaxın vaxtlarda məlum olacaq.

 

Təhsil Nazirliyi qiyabi təhsil alan tələbələrin sayının çox olduğu universitetlərin də adlarını açıqlayıb. Qiyabi şöbədə ən çox tələbəsi olan ali məktəb Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660
avatar

Oxşar yazılar