Təhsil Nazirliyi: “Yalandır…”
20 noyabr 2013 16:38 (UTC +04:00)

Təhsil Nazirliyi: “Yalandır…”

 Azərbaycanda orta məktəblərdə altı günlük təhsil sistemi ləğv edilib. Lent.az-ın məlumatına görə, bu barədə mövqe.az xəbər yayıb. Saytın yaydığı xəbərdə o da bildirilir ki, təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil müəssisələrini yeni iş qrafikini müəyyənləşdirib.

 

Məsələ bağlı Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Lent.az-a açıqlamasında bildirib ki, orta məktəblərdə altı günlük təhsil sistemi ləğv edilməyib: “Yayılan xəbər doğru deyil. Çünki, bununla bağlı qərar verilməyib”.

 

Qeyd edək ki, hazırda paytaxtda orta məktəblərin əksəriyyəti beş günlük iş qrafiki ilə işləsə də, bu günədək həftənin altıncı günü də dərs keçirilən məktəblər var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1558

Oxşar yazılar