Beynəlxalq təcrübədə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş mexanizmlər tətbiq edilir. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, belə bir mexanizmin tətbiqinin zəruriliyi bir sıra amillərlə bağlıdır: “Təhlillər göstərirdi ki, ehtiyac olmadan məktəblərə az dərs saatlarına, bir sıra hallarda isə saxta, dövlət nümunəli olmayan təhsil sənədləri ilə müəllimlər qəbul edilir və bu zaman onların peşəkarlıq səviyyəsi yoxlanılmır. Bu da təhsilin keyfiyyətinə mənfi təsir edirdi”.
TN-in məlumatına görə, digər səbəb ondan ibarətdir ki, bir vakant yerə yüzlərlə müəllim iddia edir və seçim aparmaq üçün mərkəzləşdirilmiş imtahan mexanizmi tətbiq edilir.