Təhsil naziri xaricdə təhsil alacaq tələblərlə görüşdü
12 sentyabr 2013 10:19 (UTC +04:00)

Təhsil naziri xaricdə təhsil alacaq tələblərlə görüşdü

Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti bir qrup tələbə ilə görüşüb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Görüş zamanı nazir Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrin Azərbaycanı layiqincə təmsil edəcəklərinə və qayıtdıqdan sonra yüksək səviyyəli mütəxəssis kimi respublikamızın inkişafı prosesinə fayda verəcəklərinə ümidvar olduğunu bildirib.

 

Daha sonra Nazirliyin əməkdaşları tərəfindən görüşdə iştirak edən tələbələrə təhsil alacaqları ölkə və ali məktəblərlə bağlı zəruri məlumatlar verilib.

 

Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş namizədlərdən 231-i barəsində müsbət qərar qəbul olunub. Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar