Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 11-ə gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent. az-a verilən məlumata görə, avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz əsəcək. Temperatur gecə 18-23 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 24-26 dərəcə olacaq.
Azərbaycanın rayonlarına gəlincə, avqustun 11-də əsasən yağmursuz, lakin gecə və səhər Böyük Qafqazın bəzi ərazilərində şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.