GÜNÜN ŞƏRHİ
Bu gün axşamdan Ukraynada atəşkəs rejimi qüvvəyə minməlidir. Amma buna nə Ukraynada, nə Qərbdə, nə Moskvada heç kim inanmır. Minsk razılaşmalarından sonra münaqişə zonasında döyüşlər daha da şiddətlənib, tərəflərin verdiyi itkilərin sayı əvvəlki dövrə nisbətən daha da çoxalıb. Halbuki məntiqlə bunun əksi olmalı idi. “Atəşkəsə bir neçə saat qalmış tərəflər sonuncu dəfə ürəklərini boşaldırlar” fikrini isə yalnız diletantlar irəli sürə bilər. Bəs nə baş verəcək? Əslində fərqli heç nə. Sazişə riayət olunmayacaq, tərəflər buna görə bir-birini suçlayacaq, Qərb martdan sanksiyaları daha da sərtləşdirəcək, Debaltsevo istiqamətində hücumlar intensivləşəcək, Ukrayna silahlandırılacaq, Rusiya iqtisadi cəhətdən zəifləməkdə davam edəcək və sair və ilaxır. Bunların olmaması üçün münaqişə tərəflərindən heç olmasa biri Minsk razılaşmalarını ciddiyə almalı, öhdəliklərini yerinə yetirmək üçün addım atmalıdır. Təəssüf ki, haqlı olaraq heç bir tərəf bunu etmək istəmir, çünki qarşı tərəfin də konstruktiv mövqe nümayiş etdirəcəyinə inanmır. Minsk razılaşmaları doğrudan da “ölü doğulan uşaq”dır...