Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 11 sentyabr saat 10:00-da Fondun Masallı rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik və Lənkəran rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 11-də Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Masallı rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunacaq.