Səhiyyə Nazirliyi: şikayətlərin çoxu əsassızdır
09 avqust 2013 10:50 (UTC +04:00)

Səhiyyə Nazirliyi: şikayətlərin çoxu əsassızdır

Səhiyyə Nazirliyinin “Qaynar xətt” (9103) xidmətinə  ötən ay ər 352 müraciət daxil olub. Bu barədə Len.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Daxil olmuş müraciətlərin 280-i (21-i əsaslı, 158-i isə əsassız, 101-i cari problemlərlə bağlı şikayət), 3-ü - aidiyyəti üzrə deyil, 69-u sorğu xarakterli olub.

Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar