Sentyabrın 2-də uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən 20 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ukraynanın Evpatoriya şəhərində yerləşən Uşaq Klinik Sanatoriyasına 3 həftəlik bərpa müalicəsinə yola salınıb. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmin uşaqların Evpatoriyada bərpa müalicəsi prezidentin «Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə ayrılmış vəsait hesabına təmin olunur.
Bu ayın sonunadək daha 59 nəfər uşağın tibbi-sosial reabilitasiya üçün xaricə müalicəyə göndərilməsi nəzərdə tutulur.