Şagirdlərin geyimi məsələsinə aydınlıq gətirildi
22 avqust 2013 13:35 (UTC +04:00)

Şagirdlərin geyimi məsələsinə aydınlıq gətirildi

“Şagirdlər məktəbə müəyyən olunmuş geyim formasında gəlməlidirlər”. Lent.az-ın məlumatına görə, bu barədə mövqe.az-a Təhsil Nazirliyindən bildirlib. Nazirlidən verilən məlumatda qeyd olunur ki, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir.

Qeyd edək ki, məktəblilərin dərsə hicabla gəlməsi ötən tədris ili çoxsaylı narazılıqlarla müşahidə olunmuşdu. Bəzi ümumtəhsil müəssisələrində məktəbli qızların hicab taxaraq dərsə gəlməsinə qoyulan qadağalar, dindarların Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməsinə gətirib çıxartmışdı.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811
avatar

Oxşar yazılar