Sentyabrın 4-6-da Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun imzaladığı “Əməkdaşlıq Razılaşması” əsasında, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Yüksək Səviyyədə Toplantı keçiriləcək.
Lent. az-ın məlumatına görə, toplantının yekunu olaraq BMT Baş Katibi Ban Ki Muna və Baş Assambleyaya müraciət olunacaq.
Toplantıda Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Finlandiyanın sabiq prezidenti Tarja Halonen, Boliviyanın sabiq prezidenti Jorge Quiroga, Mavritanıyanın prezidenti Kassam Uteem, Şri Lankanın prezidenti Chandrika K. Bandaranaike, Hollandiyanın sabiq Baş Naziri Wim Kok, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, YUNESKO Hökumətlərarası Media Komissiyasının sədri Səfir Walter Fust, İsgəndəriyyə Kitabxanasının Direktoru, BMT Baş Katibinin Sivilizasiyalar Alyansı üzrə Ali Qrup üzvü Dr. İsmayıl Seragəldin, Dünya Elmlər Akademiyasının prezidenti İvo Slaus və bir çox nüfuzlu şəxslər iştirak edəcəklər.