2018/2019-cu tədris ili üçün rezidenturaya sənəd qəbulu günün sonunadək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 22 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurmalı və təsdiq etməlidir.