Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə yeni sınaq imtahanı keçirəcək. DİM-dən Lent.az-a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər martın 3-də saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı martın 3-də DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və 1-ci növbə imtahanı saat 10:00-da, 2-ci növbə isə saat 14:00-da başlayacaq.