Rayonlarda tarixi abidlər aşkar edilib
22 avqust 2013 17:52 (UTC +04:00)

Rayonlarda tarixi abidlər aşkar edilib

Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığındakı Qalatəpədə arxeoloji tədqiqatlar davam edir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  Tədqiqatlar nəticəsində şəhərin yerində eramızdan əvvəl II əsrdən bizim eranın II əsrinə qədər olan dövrə aid 9 metr dərinliyində mədəni təbəqə - çiy kərpicdən tikilmiş divar, sahəsi 56 kvadratmetr olan ictimai bina, dəhliz və küçə aşkar olunub. Divarların qalınlığı 1,5 metrə çatır. Binanın tikintisində istifadə edilən kərpiclərin uzunluğu 58, eni 47, qalınlığı 18-20 santimetrdir. Bu, antik dövrdə Azərbaycanda kərpic memarlığının yüksək inkişafından xəbər verir. Qalatəpə şəhər yerinin yaxınlığındakı nekropolda son illər aparılan qazıntılar zamanı eramızdan əvvəl II - bizim eranın III əsrlərinə aid 12 ədəd küp qəbir aşkarlanıb

Qədim Qəbələ şəhərinin ərazisində də yeni maddi-mədəniyyət nümunələri və Cəlilabadda isə arxeoloji qazıntılar zamanı isə qədim yaşayış məskənləri aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418

Oxşar yazılar