“Təhsil haqqında” qanuna əsasən, ölkədə təhsilalma formalarından biri də distant təhsildir. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən xəbər verilib. Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, tədrisin distant formada təşkilinin mexanizmi yaradılmadığından respublikanın ali təhsil müəssisələrində distant təhsilalma forması tətbiq edilməyib.
Təhsil Nazirliyindən qiyabi təhsilin taleyinə də aydınlıq gətirilib. Nazirlik bildirir ki, “Təhsil haqqında” Qanuna əsasən? təhsilalma formalarından biri də qiyabi təhsilalma formasıdır və onun ləğv edilməsi barədə məsələ müzakirəyə çıxarılmayıb.