Millət vəkili Qənirə Paşayeva Malatyada 5-ci Anadolu Kitap Fuarının açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, Beynəlxalq Kitab Fuarınnın açılışında çıxış edən Qənirə Paşayeva türk soylu bütün insanları Türk dünyasının ağrı-acılarına xüsusi həssaslıq göstərməyə çağırıb.
Millət vəkili çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından, bölgədə son günlər daha da gərginləşən vəziyyətdən geniş çıxış edib.
"Güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik. Qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olub. Harada doğulub harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı da Azərbaycanın və Türkiyənin yanında olmalıdır. Bizim dədələrimiz, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər sizin, bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkdir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar".