Qəbul imtahanlarında istifadə olunan test tapşırıqları müzakirə edildi
19 noyabr 2013 10:45 (UTC +04:00)

Qəbul imtahanlarında istifadə olunan test tapşırıqları müzakirə edildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında elmi-metodik seminarlar keçirilib. Bu barədə Lent. az-a Qurumun mətbuat xidmətindən məlumat verilib. TQDK-nın nəzdində fəaliyyət göstərən qərb dilləri (alman və fransız) fənni üzrə elmi-metodik seminarın növbəti iclası olub.  Müxtəlif orta və ali təhsil müəssisələrinin müəllimləri və metodistlərinin iştirakı ilə keçirilən seminar iclasında 2013-cü ildə keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanında III ixtisas qrupu üzrə istifadə olunmuş test tapşırıqlarının elmi-metodik təhlili aparılıb.

Bundan başqa, TQDK ingilis dili fənni üzrə və eyni zamanda, təlimi rus dilində olan məktəblərdə Azərbaycan dili fənni üzrə elmi-metodik seminarlar keçirilib.

Azərbaycan dili və ədəbiyyat fənləri üzrə keçirilən elmi-metodik seminarda isə müxtəlif orta və ali təhsil müəssisələrinin müəllimləri və metodistlərinin iştirakı ilə keçirilən seminar iclasında 2013-cü ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodik təhlili davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1224

Oxşar yazılar