Prokurorluq orqanlarında işə qəbul üçün imtаhаnın nəticələri açıqlandı
28 fevral 2018 16:06 (UTC +04:00)

Prokurorluq orqanlarında işə qəbul üçün imtаhаnın nəticələri açıqlandı

0
Dövlət İmtahan Mərkəzi (DİM) Baş Prokurorluq ilə birgə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. DİM-dən Lent.az-a verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunan imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib. 
 
İşə qəbul olmaq üçün ərizə təqdim etmiş 481 namizəddən 71 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 410 namizəddən 222 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. 1 namizəd ən yüksək bal – toplanılması mümkün olan 90 bal toplayıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 645

Oxşar yazılar