Prezident yeni yol açdı
10 sentyabr 2013 13:06 (UTC +04:00)

Prezident yeni yol açdı

Bu gün Prezident İlham Əliyev Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun açılışında iştirak edib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı avtomobil yolunun texniki göstəricilərini əks etdirən stendə baxıb.


Ümumi uzunluğu 25 kilometr olan yolun çəkilişinə bu ilin iyulunda başlanılıb. Prezidentin sərəncamı ilə yolun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Artıq yolun 5,5 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb. Böyük iqtisadi əhəmiyyəti olan bu avtomobil yolu 8300 nəfərin yaşadığı 11 kəndi əhatə edir. Nəticədə Qaramanlı və digər kəndlərə məsafə 23 kilometr qısalıb. Sonra dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194
avatar

Oxşar yazılar